Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyi və milli mənəvi dəyərlərimiz”

26 aprel 2017 | 16:00

   Bütün bölgələrdə olduğu kimi, İsmayıllıda da Respublika Prezidenti cənab İlham Əliyevin elan etdiyi “İslam həmrəyliyi ili” ilə bağlı müxtəlif xarakterli tədbirlər keçirilməkdədir.
   Aprelin 26-da rayon uşaq kitabxanasının iclas zalında İcra Hakimiyyəti və DQİDK rayon şöbəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən tədbir daşıdığı mahiyyəti və məzmunu ilə fərqlənib.
       Gənclərdən, tələbə və şagirdlərdən, din xadimlərindən, rayon ziyalılarından, müəllimlərdən ibarət tədbiri giriş sözü ilə RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov açıb və geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, cənab Prezident 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi 2017-ci ili isə “İslam Həmrəyliyi ili” elan etmişdir. Azərbaycan Prezidentinin bu qlobal çağırışı dünyanın sabitliyi, təhlükəsizliyi və dünya müsəlmanlarının bir araya gələrək qanlı toqquşmalara son qoymaq kimi yüksək amallara xidmət edir. Məruzəçi daha sonra İslam həmrəyliyinin mahiyyət  və məzmununa,milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
       Tədbirdə çıxış edən dövlət qulluğu veteranı Valeh Salehov cənab Prezidentin dəsti-xətti ilə müasir dünyamızda İslam aləmi üçün yeni bir dəyərin yarandığını, İslam aləminin mənəvi vəhdətinə nail olmağın, Şərq mədəniyyətini başqa sivilizasiyaların hücumlarından qorumağın vacibliyini diqqətə çatdırıb.
       DQİDK Şamaxı şöbəsinin müdiri Rəhim Rəhimli müsəlman dünyasının mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib və İslam həmrəyliyi, milli mənəvi dəyərlərimiz barədə tədbirə toplaşanlara ətraflı məlumat verib.
       İslam həmrəyliyi ilinə həsr olunmuş tədbirdə “Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov, şəhər 5 saylı tam orta məktəbin müəllimləri Sevinc Mirzəyeva, Bəxtiyar Fərəcov çıxış edərək İslam həmrəyliyinin mənəvi-ideoloji aspektləri, gənclərin tərbiyəsində İslam dəyərlərindən istifadə metodları barədə danışıblar.
        Sonda verilən suallar cavablandırılıb.

Keçidlər