Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi Rayon Mərkəzi Xəstəxanasında qeyd olundu.

28 aprel 2017 | 16:00

   28 aprel 2017-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanasında  həkimlərin iştirakı ilə Zərifə xanım Əliyevanın anadan olmasının  94  illiyi təntənə ilə qeyd olundu.
   Tədbirdə Zərifə xanıma həsr olunmuş film nümayiş etdirildi. Sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov  akademik Zərifə Əliyevanın həyatı, elmi- ictimai siysi  fəaliyyəti barədə məruzə etdi. Baş həkimin müavini İsrail İsmayılov  Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin, onun çox vacib sahəsi olan oftalmologiyanın inkişafındakı, ümummilli lider Heydər Əliyevin böyük fəaliyyətinə dayaq olmasındakı xidmətlərindən danışdı. Oftamoloq həkim Mehriban Şıxıyeva da  akademik, sevimli ana, Azərbaycan qadınına xanımlıq nümunəsi olan Zərifə Əliyeva haqqında böyük məhəbbətlə, dərin səmimiyyətlə danışdı. Rayon icra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova   Zərifə xanıma dərin hörmət və ehtiramla zəngin olan çıxışında tanınmış oftalmoloq, mərhəmətli həkim, göz xəstəliklərinin müalicəsi üzrə bənzərsiz mütəxəsis, böyük ziyalı, dəyanətli ömür-gün yoldaşı, ləyaqətli xanım, ölkə üçün nümunəvi ana kimi onu xarakterizə etdi.

Keçidlər