Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev idarəetmə məktəbi”nin Topçu kəndində məşğələsi keçirilib

02 may 2017 | 16:00

      İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar silsilə,ardıcıl və bütün yaşayış məntəqələrini əhatə edən tədbirlər keçirir. Bu baxımdan “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələlərinə daha geniş miqyas verilir.
    İlk məşğələ 02 may 2017-ci il tarixdə Topçu kənd tam orta məktəbində keçirilib. Qalacıq, İstisu, Sumağallı, Qurbanəfəndi və Topçu inzibati ərazi dairələrinin nümayəndələri məşğələdə mütəşəkkil qaydada iştirak ediblər.
     Məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova açaraq qeyd edib ki, “Heydər Əliyev idarəetmə məktəbi” rayonun siyasi və ideoloji həyatında əhəmiyyətli rol oynayır. Məktəbin məşğələləri ümummilli liderin doğum günü ərfəsində daha da intensivləşir.
   Dövlət qulluğu veteranı Valeh Salehov, Qalacıqdan Bədir Bədirov, İstisudan Cavanşir Xəlilov, Sumağallıdan Rza Salahov, Qurbanəfəndidən Ramiz Səfərov, Topçudan İzzət Şirəliyev və tədbirin təşkilatçısı, RİH-nin şöbə müdiri, YAP rayon təşkilatı sədrinin müavini Rüstəm Səmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən təhlili formada danışıblar.
       Sonda mədəniyyət işçilərinin və Topçu kənd tam orta məktəbinin hazırladığı bədii proqram nümayiş etdirilib.

Keçidlər