Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Diyallıda.

06 may 2017 | 16:00

Ümummilli liderin anadan olmasının 94 illiyinə həsr olunmuş “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Diyallıda keçirilib. Məşğələ üçün məkan seçilən kənd tam orta məktəbinin iclas zalına Qoşakənd, Təzəkənd, Qaraqaya və Ağbulaq kəndlərindən də nümayəndələr gəlmişdi. Məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova açıb. Dövlət qulluğu veteranı Valeh Salehov məruzə edib.
  Diyallı kənd sakini, “Azərpoçt”un İsmayıllı filialının işçisi Rəhman Nuğayev, Təzəkənd kənd orta məktəbinin tarix müəllimi Hacalı Səlimov, Ağbulaq ümumi orta məktəbinin müəllimi Əflatun Baxışov və Diyallı tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədovanın çıxışları dinlənilib.
    Diyallı məktəbi şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Konsert olub.

Keçidlər