Lahıcda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olumuş “Xalq sənətkarlığı bayramı”
İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə forma və məzmunca zəngin tədbirlər həyata keçirir. “Heydər Əliyev idarəetmə məktəbi”nin yerlərdə keçirilən məşğələləri kütləviliyi, miqyas genişliyi ilə seçilir. Belə maraqlı tədbirlərdən biri də Lahıc qəsəbəsində keçirilib.
Səhər saat 10-dur.Qəsəbənin mərkəzi meydanı portretlərlə, Dövlət bayaraqları ilə, etnoqrafik xalq sənətkarlığı nümunələri ilə bəzədilib. Başlanğıcını mərkəzi meydandan götürən Heydər Əliyev küçəsinin hər iki tərəfi Dövlət rəmzləri, Lahıcın tarixini əks etdirən eksponatlar, misgərlik, mis üzərində xəttatlıq və oyma, sərraclıq, zərgərlik, xalçaçılıq nümunələri ilə bəzədilib. Lahıc mətbəxinin bəzi nümunələri sənətkarlar tərəfindən qonaqlara, müxtəlif ölkələrdən gələn turistlərə təqdim olunur.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Xalq sənətkarlığı bayramı”nı giriş nitqi ilə açaraq diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dünyasına, xalqımızın taleyinə bəxş olunduğu günün 94-cü ildönümü ümumxalq bayramı səviyyəsində qeyd edilir. Qəlbən sevinirik, qürur duyuruq ki, ulu öndərin qurub yaratdığı,müstəqilliyinə əbədilik xarakteri verdiyi və onu özü qədər inandığı möhtərəm cənab İlham Əliyevə etibar etdiyi Azərbaycanın vətəndaşıyıq. Heydər Əliyev ideyaları ilə silahlanaraq, müəyyənləşdirdiyi çoxistiqamətli inkişaf yollarına sədaqət göstərərək yeniləşən, yüksəlişə doğru inamla gedən Respublikamızın sürətli inkişafına qovuşmuşuq.
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə mübarək səfərləri ilə İsmayıllını şərəfləndirib, rayonun inkişafı üçün nə mümüknüdürsə, onu edib, Lahıca yol çəkdirib,Girdiman çayı üzərindən körpülər saldırıb. Bugünkü İsmayıllı, xüsusilə çoxsaylı alim və dövlət xadimləri yetirmiş Lahıc ümummilli liderimizin ideyalarının və cənab Prezident İlham Əliyevin qayğısının təcəssümüdür. Bunlara görədir ki, 10 may bizim üçün ümumxalq bayramıdır. Ulu öndər Heydər Əliyevə daim sədaqətli olan İsmayıllı əhalisi onun doğum gününü bayram edir.
Sonra dövlət qulluğu veteranı Valeh Salehov ümummilli lider Heydər Əliyevin 22 iyul və 5 dekabr 1981-ci il tarixlərdə İsmayıllıya səfərlərindən danışıb.
Lahıc qəsəbə ağsaqqalı, həkim Sədrəddin İsgəndərov çıxış edib.
“Lahıc misgərlik sənəti”nin UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsində böyük intellektual və diplomatik əməyi olan Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban Əliyevaya bayram iştirakçıları adından minnətdarlıq müraciəti qəbul edilib.
Məktəblilər ümummilli liderə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Mədəniyyət və turizm mərkəzinin əməkdaşları ulu öndərə, dövlətimizə , Vətənimizə həsr olunmuş mahnılar səsləndiriblər.
Qonaqlarla, turistlərlə birgə rayon icra hakimiyyətinin rəhbərliyi xalq sənətkarlarının əl işlərinə və qədim sənət nümunələrinə baxış keçiriblər.“Xalq sənətkarlığı bayramı”nda ətraf kəndlərin, rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif bölgələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər.