Şriftin ölçüsü :

Saytın rəngi :

Nümayəndə günü keçirildi

24 may 2013 | 15:00

23 may 2013-cü il tarixdə Peşə Tədris Mərkəzinin zalında rayonun İnzibati Ərazi Dairələri nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə yığıncaq keçirilmişdir. Yığıncaqda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini – Aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov cari ilin taxıl və ot biçini mövsümündə yanğın halların baş verməməsinin qarşısının alınması üçün görüləcək təhlükəsizlik tədbirləri haqqında məlumat vermişdir. Rayon Statistika idarəsinin sektor müdiri Simran Daşdəmirov İƏD üzrə nümayəndəliklərdə ev təsərrüfatları uçotu kitablarının aparılması qaydaları barədə çıxış etmişdir.
Çıxış edənlərdən RİH Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Kənan Həbibov ərazilərdə qeyri-qanuni tikintilərin çoxalmasını bildirmiş, bu məsələ ilə bağlı birgə mübarizənin vacibliyini vurğulamışdır. Yekunda RİH Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsən Həsənov ötən dövr ərzində görülən işlərə toxunmuş, qeyd olunan məsələlərin əhəmiyyətini qeyd etmiş və müvafiq tapşırıqlar vermişdir.

Keçidlər