Şriftin ölçüsü :

Saytın rəngi :

Basqalda “Xalq sənətkarlığı bayramı” ümummilli liderin 94 illiyinə həsr olunub.

09 may 2017 | 16:00

     Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi İsmayıllıda silsilə tədbirlərlə qeyd olunur. 9 may 2017-ci il tarixdə qədim və zəngin tarixə,unikal mədəniyyətə malik olan Basqalda “Xalq sənətkarlığı bayramı” da ümummilli lider  Heydər Əliyevin doğum gününə həsr olunmuşdu.
        Basqal sənətkarlığında xüsusi yer tutan, demək olar ki, onun simvoluna çevrilən kəlağayı milli qadın geyiminin atributu kimi bu gün də yaşayır. Bunu əsas götürərək basqalıllar keçirəcəkləri tədbir üçün məkan məhz kəlağayı muzeyinin həyətini seçmişdilər.
       Tədbiri giriş sözü ilə Basqal İƏD üzrə nümayəndə Novuz Əsədov açıb. O, Basqalın tarixi, mədəniyyət və sənət növləri barədə məlumat verib. Bu günkü tədbirin ümummilli liderin  doğum gününə həsr olunduğunu diqqətə çatdırıb və sözü RİH başçısı Mirdaməd Sadıqova verib.
       RİH-nin başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycan və ümumilikdə bəşəriyyət tarixində əvəzsiz rola malik böyük şəxsiyyət olduğunu söyləyib,Azərbaycan xalqının xilaskarı, bütün türk dünyasının əvəzsiz lideri olduğunu vurğulayıb. “Xalq sənətkarlığı bayramının“ Lahıcda və Basqalda ulu öndər Heydər Əliyevin 94 illiyinə həsr olunmasını təqdirəlayiq hadisə olduğunu qeyd edib.
    Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarverdiyev,BDU-nin Gender psixologiyası kafedrasının müdiri Rəna İbrahimbəyova çıxış edərək Ulu öndərin xalq sənət növlərinin inkişafı üçün həyata keçirdiyi tədbirlərdən, Basqalın kəlağayının vətəni olduğundan, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi-mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildiyindən danışıblar.
   Sonra bayram tədbiri iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq müraciəti ünvanlayıblar.
    Sonda Basqal qəsəbə tam orta məktəbi şagirdlərinin və Regional mədəniyyət mərkəzi ansanblı üzvlərinin ifasında şeir və mahnılar səsləndirilib.
       Bayram tədbiri müxtəlif səpkidə hazırlanmış sərginin nümayişi ilə sona çatıb.

Keçidlər