İsmayıllıda 15 may “Beynəlxalq ailə günü” qeyd olundu
İsmayıllı Rayon İcra Hakimiyyəti və UADM-nin birgə təşkilatçılığı ilə “Orman” ailəvi istirahət mərkəzində 15 may "Ailə bayramı" qeyd olunub.
Tədbirdə İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova , aparat işçiləri, UADM-ın direktoru Lətifə Əliyeva, fəal ailələr, nikahı kəsilən cütlüklər, ağsaqqallar, qonaqlar iştirak ediblər.
RİHB-nin müavini Sevil Əhmədova çıxışında bildirib ki, Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda silsilə tədbirlər həyata keçirilir. Bu, dövlətin öz vətəndaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Tədbirin əhəmiyyətini qeyd edən UADM-nin direktoru Lətifə Əliyeva bildirdi ki, Beynəlxalq Ailə Gününün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini ailə məsələlərinə yönəltmək, ailə dəyərlərini qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir.
Bayram tədbirdə iki cütlüyün nigahı təsdiqini tapdı.
Tədbir maraqlı konsert proqramı ilə başa çatdırılıb.