Şriftin ölçüsü :

Saytın rəngi :

Sığorta işinin təşkili ilə bağlı tədbir keçirilib

17 may 2017 | 16:00

İsmayıllı Peşə Tədris Mərkəzində Peşə Tədris Mərkəzinin və Dövlət Humanitar və Texnologiya kollecinin müəllim və tələbələrinin iştirakı ilə “İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli Azərbaycan Respublikası Qanununun təbliği ilə əlaqədar Rayon İcra Hakimiyyəti və Dövlət Sığorta Şirkəti  İsmayıllı rayon filialı mütəxəssisləri ilə birgə tədbir keçirilib. Tədbirdə daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verilib. Digər sığorta növləri ilə əlaqədar iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Keçidlər