Psixoloqlarla seminar-müşavirə
23 may 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində 45 nəfərin iştirakı ilə seminar-müşavirə keçirildi. Seminarda Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçisi Zülfiyyə xanım Sadıqova və Komitənin rayon üzrə mərkəzinin direktoru Lətifə Əliyeva, Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Göyçək Rəhimova və uşaqlarla iş üzrə psixoloq-məsləhətçi Samirə Şirinova, rayon məktəblərinin psixoloqları, Rayon Təhsil şöbəsinin işçiləri, Peşə-tədris mərkəzinin işçiləri, Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlar üzrə inspektoru, Uşaq Poliklinikasının baş həkimi, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri iştirak edirdilər.
Tədbirin keçirilməsində məqsəd rayonda psixoloji xidmət işinin necə aparılması, psixoloqların öz fəaliyyətlərini necə qurmaları, məktəbdə psixoloji xidmət işinin hansı istiqamətdə aparılması məsələlərinin müzakirəsi olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbiri açaraq rayonumuzda psixoloji xidmətin təşkili istiqamətlərindən və bu sahədə olan problemlərdən danışdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçisi Zülfiyyə xanım öz maraqlı fikirləri ilə çıxış etmiş, psixoloqlar bu mövzuda öz təkliflərini bildirmişdilər.