Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.

17 may 2017 | 16:00

Mayın 17-də İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbdə “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Rayon Polis Şöbəsinin əməkdaşı Elsevər Mazanov, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri Şahməmməd Soltanov, A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi dünya müsəlmanlarının bir araya gələrək, qanlı toqquşmalara son qoyması kimi yüksək amallara xidmət edir.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli müsəlman dünyasının tolerantlıq mərkəzi olan Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Natiq İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək İslam həmrəyliyinin təkcə müsəlman dünyası üçün deyil, eyni zamanda bütün dünya üçün böyük önəm daşıdığını qeyd edib.
Daha sonra “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri Şahməmməd Soltanov, A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov çıxış edərək ölkəmizin multikultural dəyərlərə və tolerantlığın təşviqinə verdiyi töhfələrin dünyada nümunə kimi qəbul olunmasını diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər