İsmayıllıda leysan yağışı ilə müşayiət olunan güclü külək olmuşdur.
21 may 2017-ci il tarixdə saat 17:00 radələrindən başlayaraq İsmayıllı şəhərinin ərazisində güclü yağış və dolu ilə müşayət olunan qasırğa hadisəsi baş vermişdir.
Qasırğa nəticəsində şəhərin elektrik, rabitə və qaz təsərrüfatına ciddi zərər dəymişdir. Belə ki, 20-dən çox yerdə çoxillik ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-luq və 10 yerdə 0.4 kv.luq hava xətləri sıradan çıxmışdır, kənd təsərrüfatına və əkin sahələrinə xeyli ziyan dəymişdir.
Şəhərin ərazisində İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin, İsmayıllı Şəhər Bələdiyyəsinin, 8 ümümi yaşayış binalarının və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüklərinə ağac aşması və güclü küləyin təsiri ilə ciddi ziyan dəymişdir. 1 avtomobilin üzərinə ağac aşmışdır. Təbbi fəlakətin vurduğu ziyanla bağlı rayon Fövqəladə Hallar Komissiyasına 30-dan çox vətəndaş müraciət etmişdir.
Təbbi fəlakətin rayon ərazisində elektrik, rabitə, su, qaz və kənd təsərrüfatına həmçinin vətəndaşlara vurduğu zərərin miqdarı hesablanır.