Kontakt karate üzrə açıq rayon birinciliyi
“28 may -Respublika Günü” münasibətilə 21 may 2017-ci il tarixdə İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbin idman bazasında Kontakt karate idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Səbuhi Əzizov, İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbin direktoru Etibar Abdulov, İsmayıllı rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Şəfaqət Rəsulov və Azərbaycan Kontakt Karate Federasiyasının vitse-prezidenti Vüsal Abdullazadə çıxış edərək “28 may –Respublika Günü” barədə idmançılara məlumat veriblər və Respublika Günü münasibətilə iştirakçıları təbrik ediblər.
Yarışda Bakı şəhərindən 3 komanda, Göyçay və İsmayıllı karate komandaları arasında 70 idmançı öz qüvvəsini sınayıb. Şəxsi birincilik uğrunda gedən mübarizədə qalib gələn idmançılar İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.
Sonda idmana göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıq ifadə olunub.