Narkomanlığa qarşı mübarizə
22 may 2013-cü il tarixdə A.Aslanov adına şəhər 2 saylı tam orta məktəbdə müəllimlərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, sağlam həyat tərzi və narkomanlığın ziyanı ilə bağlı” tədbir keçirildi. Tədbirdə RİH-nin Hüquq Şöbəsinin müdiri Valeh Hüseynov və RPŞ-nin sahə inspektoru, polis kapitanı Alik Ramazanov iştirak etdilər. V.Hüseynov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən ətraflı məlumat verdi. O, bildirdi ki, xüsusilə təhsil müəssisələrində və məktəblərdə maarifləndirici və qabaqlayıcı tədbirlərin aparılması gənclərin və yuxarı sinif şagirdlərinin narkotik vasitələrdən istifadənin qarşısını ala bilər. Bu sahədə aidiyyəti orqanlar birlikdə işləməli və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Tədbirdə məktəbin Uşaq birliyi rəhbəri, təşkilatçı, Pərvanə Əhmədovanın “Narkomaniyaya yox deyək!” mövzusunda hazırladığı maraqlı video material nümayiş etdirildi. Sonda şagirdləri maraqlandıran suallara ətraflı cavablar verildi.