Həmkarlar İttifaqı İsmayıllı RK-nin konfransı keçirilib.
May ayının 24-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) İsmayıllı RK-nin konfransı keçirilib. RTŞ-nin iclas zalında reallaşan konfransda 41 nəfər nümayəndə heyəti, idarə və müəssisə rəhbərləri, rayon ziyalıları, qabaqcıl gənclər iştirak edib.
Konfransda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı RK-nin sədri Zahid Əkbərov hesabat məruzəsi ilə çıxış edib, son beş ildə gördüyü işlər barədə məlumat verib, təşkilatın yeni tərkibdə təftiş komissiyası,plenum üzvləri seçilib.
UADM-nin direktoru Lətifə Əliyevanın sədrliyi ilə keçirilən konfransda DİİXİHİ Rayon Komitəsinin üzvləri Eldar Əliyev, Vidadi Məmmədov, Murad Məhərrəmov, Məhərrəm Əhmədov, İlham Bünyatov, Ramiz Səfərov və başqaları çıxış edərək, Komitə sədrinin fəaliyyətini müsbət qiymətləndirib və gələcəkdə görüləsi vacib olan bir sıra məsələlər barədə təkliflər irəli sürüblər.
Konfransın işində DİİXİHİ Respublika Komitəsinin nümayəndəsi Vüsal Məmmədov da iştirak edib.
Səhhəti ilə bağlı işdən azad olunması barədə rayon komitəsinin sədri Z.Əkbərovun ərizəsi nəzərə alınıb və daha gənc kadrla əvəz olunmaqla Yarıyev Əbülfət Balacan oğlu rayon komitəsinin sədri seçilib.