Gənc rəssamların sərgisi
25 may 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “28 may –Respublika Günü” nə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət sərgi keçirildi.
İlk olaraq “28-may-Respublika Günü” nə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Tədbiri Heydər Əliyev Məkrəzinin direktoru Gülər Abdullayeva açaraq gənc rəssamları salamladı, onları bayram münasibətilə təbrik etdi və gözəl əl işlərinə görə təşəkkürünü bildirdi.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarova çıxış etdi. O da öz növbəsində tədbir iştirakçılarını salamladı və bayram münasibətilə gənclərimizi təbrik etdi. Müsəlman şərqində yaranan ilk Demoktarik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tarixindən geniş bəhs etdi. Bugünkü Müstəqil Azərbaycanın məhz həmin cümhuriyyətin varisi olduğunu diqqətə çatdırdı.
Sonda əsərləri sərgidə nümayiş etdirilən gənc rəssamların hər birinə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edildi.