Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndrici tədbir.

25 may 2017 | 16:00

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın 10 ili tamam olur.  Bununla əlaqədar  “İnsan Hüquqları Aylığı” çərçivəsində    25 may 2017-ci il tarixində İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində Şagird Özünüidarəetmə Orqanı tərəfindən hazırlanmış  "Zərərli vərdişlərə və narkomaniyaya yox deyək" mövzusunda dəyirmi masa  keçirilib. Dəyirmi masada  RİH-nin məsul işçiləri, RTŞ-nin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, İsmayıllı rayon Polis Şöbəsinin  əməkdaşları,  məktəb rəhbərliyi müəllimlər və fəal şagirdlər iştirak ediblər. İlk öncə şagirdlərin hazırladıqları narkomaniya,alkoqol,siqaret və komputerdən çox istifadənin yaratdığı fəsadlar haqıında təqdimatlar edilib. Dəyirmi masada iştirak edən qonaqlar mövzu ətrafında öz fikirlərini bölüşüb və şagirdlərin suallarını cavablandırıblar. Belə bir mövzunun məhz şagirdlər tərəfindən irəli sürülməsi daha təsir edici və tərbiyəvi cəhətdən daha effektiv olduğu qonaqlar tərəfində bir daha vurğulanıb.

Keçidlər