Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi həyata keçirilib

26 may 2017 | 16:00

İsmayıllı rayonunda Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi həyata keçirilib.

Sözügedən layihə İsmayıllı rayonunun Təzəkənd kənd orta ümumtəhsil məktəbində rayonun Mülki Müdafiə Planına uyğun olaraq həyata keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri,  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, FHK-nın, Avstriya və Gürcüstan Qızıl Xaç Cəmiyyətlərinin əməkdaşları iştirak ediblər. Təzəkənd kənd orta ümümtəhsil məktəblərinin iştirakı ilə keçirilən təlim şagirdlər tərəfindən maraqla qarşılınıb. Layihə əsasında şagirdlər fövqəladə hallar zamanı müdafiə olunmağın, təşvişə düşmədən çətin vəziyyətlərdən çıxmağın yollarını öyrəniblər.
Həmçinin keçirilən layihə çərçivəsində rayonun Diyallı, Təzəkənd,Kürdmaşı, Tircan kəndlərində Kənd İcma Qrupları yaradılmışdır. Həmin qruplara “Fəlakət riskinin azaldılması” barəsində təlim, İcmaların iştirakı ilə “İmkanlılığın və İmkansızlığın qiymətləndirilməsi” həyata keçirilmiş və ondan istifadə qaydaları barəsində ətraflə məlumatlar verilib. Sonda təlimlərdə iştirak edən könüllülər Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən hədiyyələr və Fəxri Fərmanlarla mükafatlandırılıblar.

Keçidlər