Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

30 may 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında ölkədə reallaşdırılan “Uşaq hüquqları aylığı” çərçivəsində  İsmayılı Rayon İcra Hakimiyyətinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Polis şöbəsi ilə birlikdə keçirdiyi silsilə tədbirlər davam edir.
   Mayın 30-da aylıq çərçivəsində  növbəti maarifləndirmə tədbiri Qubaxəlilli kənd tam orta məktəbində keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ramiz Mustafayev açdı.Məktəbin müəllimi Famil  Səfərov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Pakizə Ağayeva, baş məsləhətçi Gülnarə Mirzəliyeva, Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkli üzrə baş inspektoru, polis baş leytenantı Rahim Orucov çıxış edərək insan və uşaq hüquqları, eyni zamanda hüquqlarla bərabər tutulan vəzifələr barədə geniş məlumat verdilər. Yuxarı sinif şagirdlərinin iştirak etdiyi  tədbiri maraqlı edən onun diskussiya şəklində keçirilməsi oldu.  Müzakirələr onu göstərdi ki, Qubaxəlilli məktəbliləri hüquq və vəzifələrini öyrənməyə  və onları həyatlarında tətbiq etməyə hazırdırlar. Bunu onların çoxsaylı sualları və suallara verdikləri maraqlı cavablar aydın göstərdi.

Keçidlər