Şriftin ölçüsü :

Saytın rəngi :

Su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd edilib.

05 iyun 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilmişdir.
Bu münasibətlə İsmayıllı Suvarma Sistemləri İdarəsi və İsmayıllı Su-Kanal İdarəsinin kollektivi ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və abidəsi önünə tər çiçəklər düzüblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov meliorasiya işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar diləyib.
Bayram tədbirində İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov  və Su-Kanal İdarəsinin müdiri Ağasəf Salmanov çıxış edib, rayonda həyata keçirilən meliorativ tədbirlər barədə məlumat veriblər.

Keçidlər