Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkədə reallaşdırılan “Uşaq hüquqları aylığı” çərçivəsində İsmayılı Rayon İcra Hakimiyyətinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Polis şöbəsi ilə birlikdə keçirdiyi silsilə tədbirlər davam edir.

05 iyun 2017 | 16:00

       İyunun 05-də aylıq çərçivəsində  növbəti maarifləndirmə tədbiri Qaraqaya kənd ümumi orta məktəbində keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Asif Soltanov açıb. Tədbirdə İsmayıllı rayonu İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Mərkəzin sosial işlər üzrə mütəxəssisi Nazlı Yəhyayeva, İsmayıllı RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Rahim Orucov çıxış edərək insan və uşaq hüquqları barədə geniş məlumat veriblər. Yuxarı sinif şagirdlərinin iştirak etdiyi  tədbiri maraqlı edən onun diskussiya şəklində keçirilməsi olub. Şagirdlərin verdiyi şoxsaylı suallar cavablandırılıb.

Keçidlər