Şriftin ölçüsü :

Saytın rəngi :

“Risklərin İdarə olunması və Sığortanın əsasları” mövzusunda seminar

06 iyun 2017 | 16:00

06 may 2017-ci il tarixdə İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı Qrupunun təşəbbüsü ilə “Risklərin İdarə olunması və Sığortanın əsasları” adlı seminar keçirilib. Seminarda rayonun kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 30 fermerlər, eləcə də Dünya Bankı Qrupunun Avropa və Mərkəzi  Asiyada  KT  Maliyyəsi  Layihəsinin baş tətqiqatçısı, kənd təsərrüfatı iqtisadçısı Mirsahab Mirzəyev, kənd təsərrüfatı sığortası üzrə bank mütəxəssisi Ağaməhəmməd Alosmanov iştirak ediblər.
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənovun giriş sözü ilə çıxışından sonra seminar öz işinə başlayıb.
Seminarın keçirilməsinin məqsədi fermerlərə və fermer assosiasiyalarına kənd  təsərrüfatı sığortası sisteminin konsepsiyasını və əsas prinsiplərini təqdim etmək  eləcə də onların real təcrübələrini və əsas çağırışları müzakirə etmək olub. Seminarda eyni zamanda fermerlərə səmərəli  və dayanaqlı KT sığortası sisteminin başlıca elementləri, əsas sığortalanan risklər və KT sığortasının işlək mexanizmləri haqqında məlumatlar verilb.

Keçidlər