Şriftin ölçüsü :

Saytın rəngi :

“İctimai idarəetmədə iştirakçılığın təşviqi”

09 iyun 2017 | 16:00

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda insan haqları, demokratikləşmə və yaxşı idarəetmənin təşviqi” Proqramını həyata keçirir. Layihə üzrə nəzərdə tutulan fəaliyyətlərin bir hissəsi ölkənin bölgələrində, eyni zamanda İsmayıllıda reallaşdırılır.
İyunun 9-da “Demokratiyanı öyrənmə” İctimai Birliyi tərəfindən Proqram çərçivəsində rayonda “İctimai idarəetmədə iştirakçılığın təşviqi” mövzusunda seminar keçirilib.
Rayon Diyarşünaslıq muzeyinin iclas zalında keçirilən və  otuzdan çox  ictimai fəalı,ziyalını, ağsaqqalı və gənci əhatə edən tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb.”Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov İctimai təşkilatçılıq haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Məruzəçilər Vüqar Hüseynov və Babək Məmmədov İctimai iştirakçılıq və ictimai şuralar, ictimai təşkilatçılıq anlayışı, ictimai təşkilatçılıq üzrə hüquqi baza, ictimai təşkilatçılığın məqsəd və prinsipləri,ictimai təşkilatçılığın formatları barədə ətraflı məlumat veriblər.
RİH başçısı aparatının psixolqu Bəhruz Xələfovun, RGİİ-nin əməkdaşı Şəhla Qafarovanın və digərlərinin verdikləri suallar ətraflı cavablandırılıb.
Sonda tədbir iştirakçılarına bukletlər paylanılıb.

Keçidlər