Şriftin ölçüsü :

Saytın rəngi :

İstedadlar axtarışı yekunlaşdı.

09 iyun 2017 | 16:00

İyun  ayının 9-da İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında tədris ilinin sonunda Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramına uyğun olaraq “İstedad sorağında-2017” adı altında istedadların ümumrayon toplantısı keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova,  rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və RTŞ-nin işçiləri, müəllim və şagird kollektivləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak edib. İlk olaraq tədbir istedadlı uşaqların hazırladığı geniş konsert proqramı ilə başlayıb.  
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova şagirdlərinin sorağının təkcə respublika miqyasından deyil, bir sıra ölkələrdən  gəldiyini deyib. Qazanılan uğurların RTŞ-nın rəhbərliyi ilə pedaqoji kollektivlərin birgə  işinin nəticəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən  Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il abituriyentlərdən 302 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 28  nəfəri 600-dən çox, 72  nəfəri isə 500-dən artıq bal toplayıb, bir nəfər Abdulətifov Ağalətif  700 bal toplayaraq böyük uğura nail olmuşdur.Bu gün İsmayıllı ümumtəhsil məktəblərini bitirənlərin səsi Amerikanın, Avropanın qabaqcıl universitetlərindən gəlir. Uğurların daha yüksək göstəricilərlə davam edəcəyinə  və yüksək nailiyyətlərin qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlığını bildirib.
Sonra müxtəlif nominasiyalar üzrə müsabiqələrdə fənn olimpiadalarında qalib gələn şagirdlərə mükafatlar təqdim olunub.

Keçidlər