Könüllü olmaq, əsl vətəndaş olmaqdır!
Bildiyimiz kimi son dövrlər ölkəmiz müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər vətəndaşlarımız,xüsusilə gənclərimiz üçün daha çox faydalı olmuşdur. Tədbirlər yüksək səviyyədə təşkil olunur. Təşkilatçıların belə mükəmməl və uğurlu işləmələrinin əsası ölkəmizin könüllülər dəstəsinin onlarla birgə çalışmalarıdır. Gənclərimiz könüllü fəaliyyət göstərməklə həm asudə vaxtlarını daha səmərəli təşkil edirlər, həm özlərinə yeni dostlar qazanırlar, həm də iş təcrübəsinə yiyələnmiş olurlar.
Ölkəmizin bölgələrində də, xüsusilə Odlar diyarının mirvarisi adlanan İsmayıllıda da könüllülər dəstəsi artır mövcuddur.
Könüllü gənclərimizin sayını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə 12 iyun 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərləgörüşlər keçirilib.
Görüşlərin hər ikisində də çıxış edən İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov könüllülüyün nə demək olduğunu, onun əsl mahiyyətini gənclərə izah etdi. O, könüllülüyün gənclərimizin, xüsusilə də tələbələrimizin həyatında vacib əhəmiyyətini vurğulayıb, İsmayıllı gənclərinin könüllülərinin fəaliyyəti haqqında məlumat verərək, onlaraı daha fəal olmağa səsləyib.
Sonda könüllülər qrupuna üzv olmaq üçün çoxsaylı gənclərimiz müraciət edərək qeydiyyatdan keçiblər.