Şriftin ölçüsü :

Saytın rəngi :

Əkinçilik mədəniyyətinin təbliği

25 may 2013 | 15:00

24 may 2013-cü il tarixdə İvanovka kəndində, Nikitin adına kolxozun timsalında kənd təsərrüfatı bitkilərinin becərilməsində tətbiq olunan aqrotexniki tədbirlərin nümayiş etdirilməsi və ətraf ərazilərlə bu işin müqayisəli təhlilini aparılması, ortaya çıxan problemlərin həlli yollarının araşdırılması məqsədi ilə fermerlərin, taxıl istehsalçılarının, mütəxəssislərin iştirakı ilə seminar müşavirə keçirilmişdir.
Müşavirəni Rayon İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov giriş sözü ilə açaraq keçirilən müşavirənin əhəmiyyətindən danışdı. Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Nadir Qədirov, İsmayıllı rayon Bitki Mühafizə stansiyasının rəisi Akif Əsədov, Aqrokimya Laboratoriyasının rəisi Ağarza Zülfüqarov, Aqroservis İsmayıllı rayon filialının müdiri Əlağa Həsənov, Mollaisaqlı bələdiyyəsinin sədri Baba Babayev çıxışlarında məhsul istehsalının artırılmasında növbəli əkin sisteminin tətbiqindən, yüksək reproduksiyalı toxumlardan istifadədən, mineral və üzvi gübrələrin tətbiqindən, bitkilərin xəstəlik və zərərvericilərlə qarşı vaxtında mübarizə tədbirlərinin aparılmasın vacibliyindən danışdırlar. İştirakçılar kənd təsərrüfatı bitkilərinin becərilməsində tətbiq olunan aqrotexniki tədbirlərin  tətbiqini və əldə olunan nəticələri əyani şəkildə gördülər.

Keçidlər