Qurtuluş gününə həsr olunmuş tədbirlər davam etdirilib.
15 iyun Milli Qurtuluş günü ilə əlaqədar İsmayıllıda silsilə tədbirlər davam etdirilib. Belə ki, rayonda keçirilən tədbirlərin davamı olaraq iyun ayının 14-də ümummilli lider Heydər Əliyevin Mərkəzi meydandakı abidəsi önünə gülqoyma mərasimi keçirilib. Rayon rəhbərliyi, hüquq-mühafizə orqan işçiləri, ictimaiyyət nümayəndələri, əmək və müharibə veteranları, idarə və müəssisə təmsilçiləri, gənclər, ağsaqqallar və ziyalılar ehtiram əlaməti olaraq dahi öndərin əzəmətli abidəsi önünə tər çiçək dəstələri düzüblər.
Sonra “Turizm bazarı”nda təşkil olunmuş sərgiyə baxış keçirilib. Lahıc, Basqal və digər kənd sənətkarlarının əl işləri, misgərlik məmulatları, İvanovkanın toxunma üst geyimləri, ağac üzərində oyma və rəsm əsərləri, kitab sərgisi cəlbediciliyi ilə fərqlənib.
Sərgiyə baxış rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə müşayət olunub. Oxunan mahnılar Azərbaycanın müstəqilliyinə, ümummilli lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunub. Tədbir xoş ovqatla yekunlaşıb.