Şriftin ölçüsü :

Saytın rəngi :

Regionlarda Açıq Hökumətin Tərəfdaşlığı Təşəbbüsü təbliğ edilir

19 iyun 2017 | 16:00

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində 30 nəfərin iştirakı ilə keçirilən tədbir iki saatdan artıq davam edib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülər Baxışova Açıq Hökumətin Tərəfdaşlığı Təşəbbüsünün (AHT) əhəmiyyəti ilə bağlı məlumat verib.
Daha sonra çıxış edən Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva layihə haqqında iştirakçılara məlumat verib.
Layihənin əsas məqsədi məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqinə töhfə verməkkdən ibarət olduğunu bildirən S.Allahverdiyeva tədbir çərçivəsində verilən məlumatların iştirakçılar üçün faydalı olacağına ümid etdiyini bildirib.
Layihənin məruzəçisi Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü Xalid Kazımov iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü ilə bağlı məlumat verib.

 

Keçidlər