Geniş tərkibdə “Nümayəndə günü” keçirilib.
19 iyun 2017-ci il tarixdə Nümayəndə günündə iclasında RİH başçısı Mirdaməd Sadıqov, Ismayıllı Kənd Təsərrüfatı idarəsinin rəisi, 33 nəfər İƏD üzrə numayəndə, 4 nəfər nümayəndənin müavini və 34 nəfər bələdiyyə sədri iştirak edib. Tədbiri giriş nitqi ilə İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov açaraq ölkənin vərayonun müasir durumu ilə əlaqədar ətraflı məlumat verib. Sonra İƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətini təhlil edərək, daha fəal işləmək yollarını göstərib.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov çıxış edib.
Gündəikdə duran ikinci məsələ ilə əlaqədar İsmayıllı Kənd Təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov çıxış edəb. O, əkin və meşə sahələrində yanğın hallarının baş verməsinin qarşısının alınması ilə əlaqədar vacib tədbirləri iştirakşıların diqqətinə çatdırıb.
RİH-nin başçısı Mirdaməd Sadıqov sonda təklifi, problemi olan hər bir iştirakçını dinləyib, uyğun tapşırıqlarını verib.