Talış və Kürdeldarbəyli kəndlərində yeni məktəb
Dövlət təhsil siyasətinin rayonda inamla həyata keçirilməsi yüksək nəticələr verir. Məktəb binalarının tikintisi və əsaslı təmiri ardıcıllıqla və sistemli qaydada aparılır. İlk dərs günündə-“Bilik bayramı”nda Kürdeldarbəyli və Talış kəndlərinin hər birində 80 yerlik müasir məktəb binası istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov hər iki məktəbin açılışında çıxış etmiş, müəllimlərə, şagirdlərə, valideynlərə xoş arzularını bildirmişdir. Ağsaqqallar, müəllimlər, şagirdlər dəyərli hədiyyə üçün milli qayğıkeşimiz olan cənab Prezident İlham Əliyevə minnətdarlıq etmişlər.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Talış məktəbinin yeni binasının açılışında çıxış etmiş, dövlət təhsil siyasətinin həyata keçməsində Respublikamızın əldə etdiyi nailiyyətlərdən, cənab Prezidentin təhsilə, təhsil işçilərinə göstərdiyi qayğıdan danışmışdır.
Daha iki məktəb qəzalı vəziyyətdən xilas olmuş, abad, müasir binaya köçmüşdür.