Azərbaycan Polisi Günü İsmayıllıda yüksək səviyyədə qeyd edilib
Başlanğıcını Azərbaycan Demokratik Cümhuriyyətindən götürən şanlı polislərimizin peşə bayramı- Azərbaycan Polisi Günü İsmayıllıda yüksək səviyyədə qeyd olunub. Rayon polis şöbəsinin şəxsi heyəti tam tərkibdə mətin sıralarda gələrək rayon icra hakimiyyəti, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyublar.
Tədbir rayon polis şöbəsinin akt zalında davam etdirilib. Şöbənin rəisi, polis-polkovniki Telman Ağasiyev peşə bayramının tarixi, ulu öndərin Azərbaycan polisinə etibarı, etimadı, cənab Prezident İlham Əliyevin polis sisteminə göstərdiyi qayğı və verdiyi qiymət barədə ətraflı danışaraq tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun təbriklərini şəxsi heyətə çatdırıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov polis işçilərini rayon icra hakimiyyətinin rəhbərliyi adından təbrik edib.
Rayon polis şöbəsi rəisinin şəxsi heyət üzrə müavini Rauf İsmayılov çıxışında polis şöbəsi əməkdaşlarının uğurlarından, qanunçuluğun keşiyində daha yüksək iradə ilə dayanmalarından, dövlət maraqlarını bütün maraqlardan üstün tutmalarından, nəticə olaraq peşə bayramına layiqli göstəricilərlə gəldiklərindən danışıb.
Veteran polis əməkdaşlarına Azərbaycan Respublikasının Daxili İşlər Naziri adından qiymətli hədiyyələr təqdim olunub.