Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib.

03 iyul 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 03 iyul 2017-ci il tarixdə İsmayıllı Regional Bilik Evində “Narkomaniyaya qarşı mübarizə edək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Qırxdan çox dinləyicinin iştirak etdiyi tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə narkomaniya və onun fəsadları, insan səhhətində yaratdığı problemlər barədə geniş məlumat verib, o gəncləri bu bəladan qorumağın yolları barədə danışıb.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə UADM-nin direktoru Lətifə Əliyeva, Mərkəzi poliklinikanın narkoloq həkimi Mahir Azayev, RGİİ-nin əməkdaşı Şəhla Qafarova və başqaları məruzəçiyə maraqlı suallarla müraciət ediblər. Verilən suallar ətraflı cavablandırılıb.
Belə aktual mövzulu tədbirin keçirilməsi üçün İsmayıllı rayonu məkan seçildiyinə görə rayon rəhbərliyi adından Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Respublika Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə minnətdarlıq ifadə olunub.

Keçidlər