Şriftin ölçüsü :

Saytın rəngi :

Qadınlara yeni layihə təqdim olunub.

05 iyul 2017 | 16:00

05 iyun 2017-ci il tarixində  İsmayıllı Rayon Tarix və Diyarşünaslıq Muzeyində “Qadın və Müasir Dünya” Mərkəzinin "Qadınların konfiliktlərin nizamlanması sahəsində və sülh prosesində iştirakı potensialının gücləndirilməsi" layihəsinin təqdimatı keçirilib.
Seminarı giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb, sözü Mərkəzin direktoru Südabə Şirəliyeva verib. Təlimçi Pərvanə Məmmədova layihəni təqdim edib.Müxtəlif idarə və təşkilatların nümayəndələrinin iştirak etdiyi seminarın keçirilməsində məqsəd son illərdə regionlarda yaşayan qadınların demokratik cəmiyyət quruculuğunda və ictimai həyatda aktivləşməsi üçün şəraitin yaradılması, həmçinin sülhyaratma prosesində və münaqişələrin həlli sahəsində nəzəri, praktiki yeniliklər haqqında biliklərinin səviyyəsinin artırılmasından ibarət olub.

Keçidlər