Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin İsmayıllıda tədbiri

07 iyul 2017 | 16:00

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda dəyirmi masa arxasında söhbət keçirib.
Tədbiri giriş nitqi ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. Azərbaycan Mətbuat Şurasının icraçı katibi, İB-yin sədri, layihənin rəhbəri Rəhim Hüseynzadə və layihənin eksperti Seymur Verdizadə mövzu ilə əlaqədar müxtəlif istiqamətlər üzrə məruzə ediblər.
Müzakirələr zamanı veteran jurnalist Valeh Salehov, jurnalist Lətifə Əliyeva, Əməkdar müəllim Şəfaqət Rəsulov, peşə tədris mərkəzinin direktoru Zaur Muradov və başqaları çıxış ediblər. Canlı diskusiya gedib.
Müzakirə olunan mövzu ilə əlaqədar mövcud problemlər qabardılıb, açıq hökumətin tam mənası ilə formalaşmasına mane olan məsələlərdən danışılıb. Rayondakı müsbət hallara əsaslanan iştirakçılar dəyərli fikirlər söyləyiblər. Yekun olaraq dəyirmi masa öz aktuallığı və təşkili səviyyəsi ilə razılığ doğurub.

Keçidlər