“Vətəndaş Cəmiyyəti Uğurunda”Müstəqil Məsləhət və Yardım Mərkəzi İsmayıllıda treninq keçirib.
07.07.2017-ci il tarixdə İsmayıllı rayon Kənd Təsərrüfatı idarəsində “Vətəndaş Cəmiyyəti Uğurunda”Müstəqil Məsləhət və Yardım Mərkəzinin “Gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması”adlı layihəsi əsasında treninq keçirilib. Layihədə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, “Vətəndaş Cəmiyyəti Uğurunda”Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndələri, KTİ-nin əməkdaşları və sahibkarlar iştirak edib.
“Vətəndaş Cəmiyyəti Uğurunda”Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndəsi Kərim İsmayılov çıxış edərək, lahiyənin əsas məqsədinin regionlarda yaşayan gənclərin peşə, bilik və bacarıqlarının artırılması, onlara uğurlu karyera yolunda dəstək göstərmək olduğunu qeyd edib. Tədbirin ikinçi hissəsində gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması yollarından iştirakçılara geniş məlumat verilib. İştirakçılarla aparıcılar arasında işgüzar dialoq formasında tətbir davam etdirilib.