“Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İB-nin “Etno-mədəni turizmin inkişafına dəstək” layihəsi əsasında tədbir
“Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İB-nin “Etno-mədəni turizmin inkişafına dəstək” layihəsi əsasında tədbir 14 iyul 2017-ci il tarixdə İsmayıllı rayonu Tarixdiyarşünaslıq muzeyində keçirilib.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov açaraq Ölkə başçısı tərəfindən turizmə göstərilən diqqət və qayğıdan, eyni zamanda rayonumuzun turizm üçün əlverişli imkan və şəraitindən danışıb.
Regional Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Səbuhi Süleymanov və Lahıc Tarixdiyarşünaslıq muzeyinin əməkdaşı Marif Əliyev rayona gələn turistlərə göstərilən xidmətləri və yeni turizm xidməti sahələrinin yaradılmasını qeyd ediblər.
Daha sonra “Sosial-Mədəni Dəyişikliklərin öyrənilməsi” İB-nin sədri Hüseyn İbrahimov turizm sənayesinin inkişafı ilə bağlı aparılmış tədqiqatlardan, Azərbaycanda turizm sahəsindəki davamlı inkişafdan və İsmayıllının turizm potensialından danışıb. Mövzu ətrafında geniş müakirələr aparılıb.