Şriftin ölçüsü :

Saytın rəngi :

“Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirlərinin tətbiqi” mövzusunda elmi-praktik seminar

20 iyul 2017 | 16:00

20 iyul 2017-ci il tarixdə İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Bitki Mühafiza və Texniki Bitkilər Elmi Tədqiqat İnistutu Abşeron Təcrübə Stansiyanın əməkdaşlarının iştirakı ilə “Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirlərinin tətbiqi, bioloji mübarizə vasitələrinin təşviqi” mövzusunda elmi-praktik seminar keçirildi.
Seminarı giriş sözü ilə rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov açdı və belə bir əhəmiyyətli tədbirin rayonumuzda keçirilməsinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlığını bildirdı və seminar iştirakçılarını rayon rəhbərliyi adından salamladı.
Seminarda “Kənd təsərrüfatı (taxıl, tərəvəz, kartof) bitkilərinin xəstəlik və zərərvericilərindən mühafizəsində inteqrir mübarizəninin təşkili və bioloji mübarizənin əhəmiyyəti” mövzusunda ATS direktoru, dosent Cəbrayıl Ağayev; “Zərərvericilərə qarşı mübarizədə feromonlardan istifadəninin perspektivləri” mövzusunda Elmi işçi, Zülfü Məmmədov; “Üzümün xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə texnologiyasının tətbiqi” mövzusunda Elmi işçi, Mərdan Tağıyev; “Meyvə bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə texnologiyasının tətbiqi” mövzusunda Oktay Məmmədov çıxış etdilər.
Sonda seminar iştirakçılarından İsmayıllı şəhər sakini  Mahmudov Arzu Ehtibar oğlunun təsərrüfatında oldular və kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərinə qarşı aparılacaq mübarizə tədbirləri barədə yerində öz məsləhətlərini verdilər.

Keçidlər