Şriftin ölçüsü :

Saytın rəngi :

Qalagah kəndində səyyar görüş-qəbul keçirildi

03 iyun 2013 | 15:00

02 iyun 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalagah kəndində səyyar görüş-qəbul keçirdi. Bu görüş rayon rəhbərinin fevral ayının 14-də fəaliyyətə başladığı gündən bu yana keçirdiyi 80-ci qəbul idi.
İlk incə Mirdaməd müəllim həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın  sürətləndirilməsi üçün görülən tədbirlərdən, Qalagahın mövcud problemlərinin aradan qaldırılması yollarından danışdı. İƏD üzrə nümayəndəyə tənha ahılları müəyyənləşdirmək və onlara köməklik göstərmək tapşırıldı. Kəndə 5 ədəd kompüter hədiyyə edildi və internet klubun açılması üçün tapşırıq verildi. Kənd ağsaqqallar şurasının sədri Şahmalı Salmanov su qıtlığından və digər problemlərdən danışdı. İngilis dili müəllimi Afət Məmmədova qaz çəkilişini sürətləndirməyi və bununla da meşələrin qorunmasını xahiş etdi.
Rus dili müəllimi Qadir Əhmədov başlanan geniş miqyaslı işlərə və İsmayıllıya göstərilən qayğıya görə  ölkə rəhbərinə minnətdarlığını bildirdi, kənd əhalisinin cənab Prezidenti dəstəklədiklərini qeyd etdi və tibb xidmətinin  yaxşılaşdırılmasını istədi. Şəhid anası Cahan Əmirova evinin qəzalı vəziyyətdə olduğunu bildirdi və kömək göstərilməsini xahiş etdi. Mirdaməd müəllim Cahan Əmirovaya köməklik göstərəcəyini bildirdi.
Görüşdə səsləndirilən məsələlər qeydiyyata götürüldü və aidiyyəti şəxslərə müvafiq tapşırıqlaq verildi.

Keçidlər