“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin tədbiri
25 iyul 2017-ci il tarixdə İsmayıllı Uşaq və Ailələrə dəstək mərkəzində “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin “Məişət zorakılığına qarşı mübarizə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara sosial – psixoloji və hüquqi xidmətlərin göstərilməsi” adlı lahiyəsi həyata keçirilib. Layihədə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri Bəhruz Xələfov, Gülər Baxışova, “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və ekspert Asəf Kərimov,Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, mərkəzin nümayəndəsi Lalə Kəbirova və maariflənməyə ehtiyacı olan ailələr iştirak edib.
“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova çıxış edərək, ailələrin məişət zorakılığına məruz qalmaması üçün ictimai səylərin artırılmasının vacibliyindən danışıb, məişət zorakılığının yaranma səbəbləri və onların həlli yolları barədə məlumat verib. Tədbiriştirakçılar ilə aparıcılar arasında işgüzar dialoq şəklində davam etdirilib.