Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbənd kəndində səyyar görüş-qəbul

04 iyun 2013 | 15:00

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 03 iyun 2013-cü il tarixdə Kəlbənd kənd sakinləri ilə keçirdiyi görüş-qəbul zamanı kəndin mövcud problemlərindən və onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışdı.
Ağsaqqal Xankişi Mustafayev dövlətimizin indiyə qədər göstərdiyi qayğıdan razılıq etdi. Kəlbənd və Girk kəndlərinə qaz verilişinin bərpa olunmasını, Şükürçü və Yenikənd kəndlərinə yeni qaz xətti çəkilməsini xahiş etdi. Bundan başqa kəndə gediş-gəlişin rahatlaşması üçün Quru çayın üstündə körpü salınmasının vacibliyini bildirdi.
Şuşadan məcburi köçkün düşmüş İsak Əliyev sahilbərkitmə işlərinin başlanmasına və sürətləndirilməsinə köməklik göstərməyi xahiş etdi.
Enerji və su təchizatının yaxşılaşdırılması ilə əlaqədar xahişlər oldu, şəxsi problemlərdən də söhbət açıldı.
Hər bir məsələ ilə əlaqədar müvafiq tapşırıqlar verildi.

Keçidlər