Şriftin ölçüsü :

Saytın rəngi :

Ana dili günü qeyd olunub

01 avqust 2017 | 16:00


  1 avqust ölkəmizdə milli atributlarından olan  Ana dili günü kimi qeyd olunur. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Millətin milliliyini saxlayan onun dilidir" .Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”
İsmayıllıda da, “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü qeyd olunub. Tədbir İsmayıllı rayon  uşaq kitabxanasında keçirilib. Tədbiri giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin nümayəndəsi Gülnarə Mirzəliyeva iştirakçıları salamlayıb, Azərbaycan Əlifbasının və Azərbaycan Dilinin tarixi, bu günə kimi keçdiyi şərəfli inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib.  Çıxış edənlər Azərbaycan dilinin sadəliyindən, aydınlığından bəhs ediblər. Sonra isə tədbir iştirakçıları “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” mövzusunda uşaq bağçalarının hazırladıqları əyləncəli proqrama tamaşa ediblər.Tədbir iştirakçılar  tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər