Şriftin ölçüsü :

Saytın rəngi :

Turizmin inkişafı ilə bağlı tədbir keçirilib.

10 avqust 2017 | 16:00

10.08.2017-ci il tarixdə İsmayıllı rayon Tarix - Diyarşünaslıq muzeyində Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai Birliyi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə  “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına Dair Strateji Yol Xəritəsi”nin təşviqi ilə bağlı dəyirmi masa keçirib. Tədbirdə  İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai birliyinin rəhbəri Çingiz Gülalıyev, İctimai Birliyin əməkdaşı Bahadur Bilalov və turizm sahəsində çalışan gənclər iştirak ediblər.
Qonaqları salamlayan RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva bildirib ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə  Azərbaycan  həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilibdir.  Qeyd olunub ki, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılması  qarşıya qoyulmuş məqsədlərdən biridir. Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai birliyinin rəhbəri Çingiz Gülalıyev layihənin məqsəd və məramı barədə  iştirakçılara məlumat verib. “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair  Strateji Yol Xəritəsi”nin  məqsədyönlü təbliği və  təşviqi ilə bağlı rayonlarda dəyirimi masaların keçirilməsinin “Turizm fəaliyyətinin ekoloji- erqonomik əsasları” dərsliyinin hazırlanmasının əsas məqsəd olduğunu diqqətə çatdırıb.

 

Keçidlər