Seminar-müşavirə keçirilmişdir
İsmayıllı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin həftə ərzində həyata keçirəcəyi tədbirlər çərçivəsində 04 iyun 2013-cü il tarixdə Diyallı İƏD üzrə nümayəndəliyinin inzibati binasında Xankəndi, Basqal, Bizlan, Tircan, Keyvəndi, Qoşakənd, Təzəkənd, Diyallı və Talıstan İƏD üzrə nümayəndə və bələdiyyə sədrlərinin iştirakı taxıl və ot biçini mövsümündə yanğın təhlükəsizliyinin təmin edilməsi, ərazilərdə özbaşına tikinti aparılmasının qarşısının alınması və bir sıra cari məsələlərlə əlaqədar seminar - müşavirə keçirilmişdir.
Müşavirəni rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri H. Həsənov açaraq iştirakçıları salamladıqdan sonra tədbirin keçirilməsinin məqsədini açıqlamışdır. Tədbirdə İƏD üzrə nümayəndə və bələdiyyələrin üzərinə düşən vəzifələrin icrasının və bu günədək görülən işlərin təhlili aparılmış, qarşıda duran vəzifələrdən danışılmışdır.
Ümumilikdə tədbir işgüzar şəraitdə davam etmiş, nümayəndə və bələdiyyələri maraqlandıran suallar cavablandırılmışdır.
İşin səmərəliliyinin artırılması məqsədi ilə ərazilərdə bu cür tədbirlərin tez-tez keçirilməsi nəzərdə tutulur.