Şriftin ölçüsü :

Saytın rəngi :

Yapon qonaqlar İsmayıllı RİH-də qəbul olunub.

22 avqust 2017 | 16:00

İsmayıllı rayonu və Yaponiyanın İto şəhəri arasında imzalanmış “Dostluq Mübadiləsi Haqqında Saziş” çərçivəsində  yuxarı sinif şagirdi Suzuki Takeshi, bir universitet tələbəsi Umehara Taiga və müəllim İnaba Naoka  İsmayıllı Rayon icra Hakimiyyətində qonaq olublar.
22  avqust 2017-ci il tarixdə yapon qonaqlar Rayon İcra Hakimiyyətində qarşılanıb.Görüşdə  RİH başçısının birinci müavini Rövşən Ağayev, müavinlər Sevil Əhmədova, Mahmud Süleymanov, RTŞ-nin müdiri Rasim Orucov, Yaponiyaya getmiş İsmayıllının nümayəndə heyəti iştirak ediblər. RİHB-nin birinci müavini Rövşən Ağayev  qonaqları salamlayıb və rayon haqqında məlumat verərək bildirib ki, İsmayıllı rayonu İto şəhəri ilə əməkdaşlığa uyğun olaraq geniş əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində də  davam etdirilir. Rövşən Ağayev qonaqlara hədiyyələr təqdim edib.
Öz növbəsində, Yaponiyadan gəlmiş müəllim  İnaba Naoka    göstərilən xüsusi diqqət və yüksək qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib, İsmayıllıda olduqlarından məmnunluğunu ifadə edib.
1saylı şəhər tam orta məktəbin nümayəndələrinin fəal iştirakı ilə yapon qonaqlar proqram üzrə yerlərə gedişlərinin  davam etdirirlər.
İto şəhərinin nümayəndə heyəti Lahıc və Basqal qəsəbəsində, Cavanşir qalasında, “Xoşbəxt X” xalça müəssisəsində və başqa yerlərdə olublar.
Səfər  24 avqust 2017-ci il tarixdə Gündoğar ölkədən gələn qonaqların səfəri başa çatacaqdır.

Keçidlər