Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın İto şəhərindən gələn qonaqlar İsmayıllıdan xoş təəssüratlarla ayrılıblar.

24 avqust 2017 | 16:00

             Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc və  Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailəyə qonaq gediblər. 24 avqust 2017-ci il tarixdə  qonaqlar  ümummilli lider  Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Ailələrdə mehribanlıqla qarşılanan İto şəhərinin nümayəndələri milli mətbəximiz, adət-ənənələrimizlə yaxından tanış olublar.
       Səfər çərçivəsində qonaqlar Qəbələ, Şəki və Şamaxı rayonlarına da səfər ediblər.
Yolasalma mərasimində müəllim İnaba Naoka qonaqpərvərliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, 1 saylı tam orta məktəbin rəhbərliyinə və bütün ismayıllılılara minnətdarlığını bildirib. O, İsmayıllıdan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.
Qonaqları rayon İcra Hakimiyyəti başçısının  müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, 1 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, İsmayıllıdan Yaponiyaya gedən və yapon dilini öyrənən şagirdlər yola salıblar

Keçidlər