Şriftin ölçüsü :

Saytın rəngi :

Azfakt.com və Reyting.az saytlarının rəhbərliyinə

26 avqust 2017 | 16:00

Hörmətli sayt rəhbərliyi!
Sizin saytlarda “ “Azəriqaz”la icra başçısı şəhid ailəsinə ögey münasibət bəsləyir” başlıqlı yazınızla əlaqədar bildirmək istəyirik ki,  yazıda deyildiyi kimi həmin şəhid ailəsinə İsmayıllı şəhərində dövlət tərəfindən ev verilib. Həmin evdə bütün kommunal xidmətlərlə təmin olunub. Şəhid ailəsi Topçu kəndinə köçməsi və ordakı evlərinə qaz xəttinin çəkilməsi ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etməyib. Yazıda deyildiyi kimi İcra Hakimiyyətində heç bir vətəndaşa ögey münasibət bəslənmir. Şəhid ailələrinin üzvləri və müharibə veteranları hər zaman növbədənkənar qəbul olunur və İcra Hakimiyyətinin səlahiyyətləri daxilində hər cür köməklik göstərilir.
İsmayıllı Rayon İcra Hakimiyyəti

Keçidlər