Şriftin ölçüsü :

Saytın rəngi :

Meliorator günü bayram edildi

06 iyun 2013 | 15:00

05 iyun 2013-cü il tarixdə “Meliorator günü”nün qeyd edilməsi ilə bağlı tədbir keçirildi. Tədbir ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulmaqla başladı, Heydər Əliyev Mərkəzinin konfrans zalında davam etdirildi. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov peşə bayramı münasibətilə Suvarma Sistemləri idarəsinin kollektivini səmimi təbrik etdi, hər bir işçiyə xoşbəxtlik, səadət, can sağlığı, rayonun inkişafında fəallıq arzuladı.
İdarənin müdiri Fazil Həsənov melioratorlara göstərdiyi qayğı və diqqətə görə RİH-nin rəhbərliyinə təşəkkürünü.
Çıxış edənlər hər bir ölkə vətəndaşına, o cümlədən melioratorlara göstərdiyi qayğıya görə dövlətə minnətdarlıqlarını bildirdilər və bundan sonra daha məhsuldar işləyəcəklərini qeyd etdilər. 
RİH-nin başçısı Mirdaməd Sadıqov bir neçə nəfərə fəxri fərman və pul mükafatı təqdim etdi. Bayram təntənəsinə toplaşanlara xoş arzularını bildirdi və hamını bir daha ürəkdən təbrik etdi.

Keçidlər