Yeni bir xeyirxah əməl
İsmayıllı Rayon İcra Hakimiyyəti müntəzəm olaraq müxtəlif forma və məzmunlu humanitar aksiyalar keçirir, ehtiyaclı ailələri və onların məktəbli uşaqlarını diqqətdə saxlayır, sosial həyatları və fəaliyyətlərinə dəstəkçi olur.
Xalqın xidmətçisi olmaq, tapşırığını məsuliyyətlə icra edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yeni dərs ili ərəfəsində bu sıradan daha bir xeyirxah əməli həyata keçirib. Bir qrup aztəminatlı, Qarabağ müharibəsi əlili və şəhid ailəsinin uşaqlarına rayon icra hakimiyyətində məktəbli forması təqdim olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova uşaqlara məktəbli forması ilə birgə sevinc bəxş edib. “Bilik günü” münasibətilə valideynləri və uşaqları Mirdaməd Sadıqovun adından təbrik edib.
Valideynlər yetişən nəslə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq, RİH-nin başçısına xeyirxah əməlinə görə təşəkkür ediblər.