Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci yeni dərs ilinə hazırdır

12 sentyabr 2017 | 16:00

Hələlik müstəqil binası olmayan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci istifadə olunmayan səhiyyə obyektində mövcud qanunçuluq əsasında yerləşib. Indiyədək bina təlimin təşkili üçün uyğunlaşdırılmamışdı. Azərbaycan Respublikası Təhsil Nazirliyi və İsmayıllı Rayon İcra hakimiyyətinin birgə dəstəyi ilə  Kollecin binasında əsaslı təmir işləri aparılıb, auditoriyalar, foyelər tədris prosesinin tələblərinə uyğun tərtib olunub. Yeni dərs ili başlananadək – “Bilik bayramı”na qədər layihədə nəzərdə tutulan işlər başa çatdırılacaq. Layihənin ikinci hissəsi isə sonrakı aylarda icra olunacaq.
Binanın həyəti tikinti-təmir tullantılarından təmizlənib. Kollecin yerləşdiyi A.Aslanov küçəsində abadlıq və təmizlik işləri aparılıb. Binanın ön fasadı yenidən işlənib, yaşıllıqlara forma verilib, kollecin adı müasir formada yazılıb, asfalt işinə başlanıb.
Kollecin direktoru Kəmalə Süleymanlı bildirib ki, yeni tədris ilinə hazırlıqla əlaqədar pedaqoji kontingentin tərkibi əsaslı qaydada təhlil olunub, ixtisasını mükəmməl bilən, daha hazırlıqlı, ictimai-siyasi və ideoloji fəallığı ilə seçilən müəllimlərə üstünlük verilib. Dərs zamanı tələbələrə göstəriləcək müxtəlif növ xidmətlər üçün lazımi şərait yaradılıb.

Keçidlər