Şriftin ölçüsü :

Saytın rəngi :

“ İlk Tibbi Yardım günü” ilə əlaqədar tədbir keçirildi

14 sentyabr 2017 | 16:00

2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi “Ümumdünya İlk Tibbi Yardım Günü” kimi qeyd olunur. Bu tarix Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir. Bu sahədə professional yardım əlbəttə ki, həkimlərin işidir, lakin polislər və xilas edənlərin də düzgün ilkin yardım göstərə bilməsi vacibdir.  14 sentyabr 2017-ci il tarixdə Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti  və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  təşkil olunmuş   tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Rövşən Ağayev, Qızıl Aypara Cəmiyyəti Prezidentinin müşaviri  Elşən Səlimzadə,  rayonun idarə-müəssisələrində çalışan işçilər və məktəblilər iştirak edib. Tədbiri  Rövşən Ağayev açaraq  ilk yardımın mahiyyəti barəsində məlumat verib. Sonra  Elşən Səlimzadə ilk yardımın yaşdan, əldə olunan biliklərdən asılı olmayaraq hər kəs tərəfindən qavranılmalı, öyrənilməli və lazım olan vaxtda istifadə olunacağı zəruriliyini vurğulayıb. Sonra Qızıl Aypara Cəmiyyətinin İlk Yardım üzrə mütəxəssisi doktor Şahin Biləndərli müxtəlif bədbəxt hadisələr, ekstremal hallar bu hadisələrdə ilk yardımın göstərilmə qaydaları  haqqında ətraflı məlumat və izahat verib. Tədbirin daha maraqlı və iştiraklı olması üçün  təşkilatcılar tərəfindən Təzəkənd və Tircan məktəbliləri arasında  bilik viktorinası keçirilib. Doktor Biləndərli  verilən suallara dair  açıqlamalar verib.  Viktorinanın sonunda Tircan məktəblilərindən ibarət komanda qalib gəlib. Qalib komandaya   Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Keçidlər